Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - Video

ÖLKƏ
14:55
24 Noyabr 2020
130

İmzalanmış üçtərəfli sazişin tələblərinə əsasən ermənilər noyabrın 20-dək Ağdamdan çıxmalı idi. Lakin şəhərin Gülablı kəndində olan bir qrup erməni sözügedən vaxtda ərazidən çıxmayıb.

Sabah.az xəbər verir ki, noyabrın 20-də kəndə daxil olan Azərbaycan hərbçiləri kəndin boşaldılmadığının şahidi olublar. 

Kəndin boşaldılması zamanı çəkilən videolardan görünür ki, Gülablı kəndində olan ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər. Əsgərlərimiz də onlara Ağdamdan çıxmaqda yardım edib.

Qeyd edək ki, buradan Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi aydın sezilir. Bu bir daha sübut edir ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

Xəbər lenti