Şəhidimizin “Qalatasaray”la bağlı son vəsiyyəti... - Foto

İDMAN
12:29
24 Noyabr 2020
129

İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin “Qalatasaray” klubu ilə bağlı olub.

Sabah.az xəbər verir ki, Qaxın Qorağan kəndindən olan Fəridin son vəsiyyəti şəhid olacağı təqdirdə, məzarının üstündə Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” bayrağının da asılması olub. Şəhidlik zirvəsinə ucalandan sonra isə dostları onun bu istəyini yerinə yetiriblər.

Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağı da asılıb.

Xəbər lenti