Şəhid polkovnik dəfn olundu - Fotolar
12:09
24 Noyabr 2020
40Şəhid olan polkovnik Babək Səmidli dəfn olunub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, B.Səmidli doğulduğu Göyçay Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.
Xatırladaq ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.
Daha çox