Evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlandı

XƏBƏR
11:51
24 Noyabr 2020
74

"Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var".

Sabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında bildirib.

O qeyd edib ki, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir.

“Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19” məntəqəsi var. Həmçinin 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”, - deyə N.Mürsəlova əlavə edib.

O, bildirib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.

Xəbər lenti