Bu küçə və prospektlərdə sıxlıq var, avtobuslar gecikir - Foto

ÖLKƏ
17:48
23 Noyabr 2020
55

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

O qeyd edib ki, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var:

Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində.

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində.

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək.

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.

Xəbər lenti