Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirilir
Ermənistan Müdafiə Nazirliyi qarşısında müharibədə itkin düşən hərbçilərin valideynləri aksiya keçirir.
Sabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, etirazçılar sabiq müdafiə naziri David Tonoyanın onlarla görüşməsini və suallara cavab verməsini tələb edirlər.
“Mənim Adımım” fraksiyasından olan Ermənistan parlamentinin deputatı Andranik Köçəryan etirazçıların qarşısına çıxaraq bu gün hökumətin iclasında sözügedən məsələnin müzakirəyə çıxarılacağını bildirib.
Köçəryan jurnalistlərə açıqlamasında məsələnin Rusiya rəhbərliyi ilə müzakirə olunduğunu qeyd edib.
Hazırda etirazçılar Müdafiə Nazirliyinin binası qarşısında açıqlama gözləyirlər.
Daha çox