Aeroport yolunda iki qəza - Tıxac var

ÖLKƏ
11:00
23 Noyabr 2020
52

Aeroport yolunda baş verən iki qəza sıxlığa səbəb olub.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, bir qədər əvvəl hava limanı şossesində bir-birinin ardınca iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində olub. "Baku Expo" mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

Xəbər lenti