Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər - Video
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.
Sabah.az xəbər verir ki, bu haqda “RİA Novosti” telegram kanalında Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə təyyarəyə mindiyini əks etdirən görüntülər yayaraq məlumat verib.
Bildirilib ki, mərkəzin yüzdən çox mütəxəssisi artıq İrəvana gəlib və Xankəndiyə doğru yola düşüb. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.
Daha çox