Bakıda işıqforların fəaliyyəti bərpa olundu

XƏBƏR
18:57
27 Fevral 2020
72

Elektrik kəsintisi ilə əlaqədar işində fasilə yaranan işıqforların fəaliyyəti artıq bərpa olunub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, bir neçə saat əvvəl elektirik enerjisinin kəsintisi ilə əlaqədar paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb.

Xəbər lenti