Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verildi

ÖLKƏ
17:24
20 Noyabr 2020
104

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına təltif edilib.

Xəbər lenti

17:16 28 Noyabr 2020
12:52 28 Noyabr 2020
12:33 28 Noyabr 2020
17:20 27 Noyabr 2020
14:35 27 Noyabr 2020
12:50 27 Noyabr 2020
13:46 26 Noyabr 2020