27 ildən sonra Ağdam məscidində dua oxundu - Video

GÜNDƏM
15:50
20 Noyabr 2020
62

"Russia Today" telekanalı işğaldan azad olunan Ağdam şəhərinin Cümə Məscidindən reportaj hazırlayıb.

Sabah.az xəbər verir ki, kanal əsgərlərin məscidin ətrafında təmizlik işləri aparmağını və məsciddə edilən ilk duanı lentə alıb.

"Ağdam məscidində son 27 ildən sonra edilən ilk duanı lentə aldıq. Siz əsgərlərin hazırda burada etdiklərini görə bilirsiniz. Biz həm də Ermənistan və Azərbaycan tərəfləri arasındakı təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələriyik, bunun üçün rus sülhməramlılarına minnətdarıq. Ağdam şəhəri və bölgəsi rəsmən Azərbaycanın nəzarətinə qaytarılıb. Bu, Azərbaycan üçün böyük hadisədir. Onlar bundan sonra məscidi bərpa edəcəklər", - deyə jurnalist qeyd edib.

Xəbər lenti