Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş

ÖLKƏ
15:42
20 Noyabr 2020
46

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabrda Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Sabah.az xəbər verir ki, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Xəbər lenti