Hikmət Hacızadə vəfat etdi
Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə özünün feysbuk səhifəsində yazıb.
"Hikmət Hacızadə dünyasını dəyişdi. Hikmət bəy insult keçirib. Atam saat 11.30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimləri nəzərdə tutulmayıb. Çox sağ olun”, - deyə o bildirib.
Qeyd edək ki, Hikmət Hacızadə Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.
Daha çox