Rza Diqqəti Azərbaycanda ən çox bu mənzərədən təsirlənib - Video

XƏBƏR
09:45
20 Noyabr 2020
229

Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Diqqəti (Reza Deghati) Türkiyənin "Haber Global" telekanalına müsahibə verib.

Sabah.az xəbər verir ki, o, müsahibəsində Birinci Qarabağ savaşında və Vətən müharibəsində gördüklərindən, çəkdiklərindən söz açıb.

Diqqəti eyni zamanda, erməni vəhşiliyindən söz açıb, Kəlbəcərdə evləri yandırmalarından bəhs edib. Onun sözlərinə görə, azərbaycanlılar öz-dədə baba yurdlarından zor gücü ilə çıxarılanda evlərinin qapılarını bağlamırdılar ki, ermənilər gəlib qapılarını sındırmasınlar.

Tanınmış fotojurnalist müsahibəsində Azərbaycanda şahidi olduğu, ən çox təsirləndiyi mənzərədən də söz açıb:

"Şuşa işğaldan azad olunan gün Şəhidlər Xiyabanında 3 qadın gördüm. Baxdım ki, atalarının məzar daşındakı şəkillə danışırlar. Dedi ki, "Ata, Şuşamız azad olundu, biz gedirik, sən də gəl". O mənzərə mənə çox təsir etdi".

Xəbər lenti