Sabiq general Ermənistanın yaydığı yalanlardan danışdı
“Müdafiə Nazirliyinin məlumat mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var - yalan məlumatlar həqiqi məlumatların 30%-dən çox olmamalıdır. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100%-i yalan idi".
Sabah.az xəbər verir ki, Ermənistanın sabiq Baş Qərargah rəisi olmuş Movses Akopyan bu gün keçirilən mətbuat konfrasında Ermənistan rəhbərliyini müharibə dövründə yalan informasiya yaymaqda ittiham edib.
"Nazirliyinin yaydığı yalan məlumatlara görə insanlar və ordu arasında çoxsaylı suallar ortaya çıxırdı. Bütün ziddiyyətli fikirlər, ziddiyyətli məlumatlar buradan qaynaqlanırdı”,- deyə Akopyan qeyd edib.
Xatırladaq ki, Movses Hakobyan 2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində çalışıb.
Daha çox