Etirazçılar İrəvanda mərkəzi küçələri bağladı
Ermənistanın paytaxtı İrəvan şəhərində etirazçılar mərkəzi küçələri bağlayıblar.
Sabah.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan əməkdaşı bildirib.
Polis Paşinyanın istefasını tələb edən şüarlar səsləndirən etirazçıların qarşısını almağa çalışır. Hazırda mərkəzdə vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Ermənistanda artıq bir neçə gündür davamlı olaraq N.Paşinyanın istefası tələbə ilə etiraz aksiyaları keçirilir.
Daha çox