Ermənistan kimliyi bilinməyən itkilərinin sayını açıqladı

GÜNDƏM
09:20
19 Noyabr 2020
57

İşğalçı Ermənistan növbəti itkilərini açıqlayıb.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, düşmən daha 25 hərbçisinin öldüyünü bildirib. Bununla da Ermənistanın rəsmi təsdqilənmiş məhv olan hərbçi sayı 2 425 nəfərə çatıb.

Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, daha 250 meyitin şəxsiyyəti müəyyənləşdirilməyib.

Qeyd edək ki, Ermənistan tərəfi etiraf etməsə də, işğalçı dövlətin 5 minədən artıq itki verdiyi bildirilir.

Xəbər lenti