Ermənistanın baş hərbi müfəttişi istefa verdi

GÜNDƏM
17:24
18 Noyabr 2020
79

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa ərizəsi yazıb.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Akopyan Ermənistan KİV-nə verdiyi müsahibəsində bildirib.

M.Akopyan bildirib ki, yaxın günlərdə istefasının səbəbi ilə bağlı açıqlama verəcək.

Qeyd edək ki, Movses Akopyan bu vəzifəyə 2018-ci ilin mayında təyin edilmişdi.

Xəbər lenti