Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı

XƏBƏR
15:43
18 Noyabr 2020
71

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qızılhacılı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Maarif Əliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər lenti