Cəbrayılda postda saxlanılan maşında hərbi sursat aşkarlandı

ÖLKƏ
13:42
18 Noyabr 2020
114

Cəbrayılda postda saxlanılan avtomobildən qumbara alışdırıcıları götürülüb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun girişində quraşdırılan komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti