“Bir oğlumu dəfn ediləndən sonra digərinin nəşini gətirdilər” - Video
İkinci Qarabağ müharibəsində Əli və İslam Əhmədov qardaşları Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.
Sabah.az xəbər verir ki, Şəhidlərin anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində bildirib ki, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:
“Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb: “İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.
Daha çox