Paşinyan hökumətin 80 faizini istefaya göndərəcək - Erməni mətbuatı

GÜNDƏM
10:40
18 Noyabr 2020
74

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Dərc olunan məqalədə bildirilib ki, ölkənin əmək və sosial işlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tigran Xaçatryan, müdafiə naziri David Tonoyan və müavinlərinin adları vəzifələrindən azad ediləcək hökumət üzvlərinin siyahısındadır.

Ölkə rəhbərliyi hesab edir ki, həmin məmurlar döyüşlər zamanı vəzifələrinin öhdəsindən gələ bilməyiblər və ona görə də istefaya getməlidirlər.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, onun müavini Şavarş Köçəryan və fövqəladə hallar naziri Feliks Tsolakyan artıq vəzifələrindən azad edilib.

Xəbər lenti