BQXK-dan Qarabağda meyitlərin mübadiləsi ilə bağlı açıqlama
“Qarabağ münaqişəsi tərəfləri arasında artıq 200-ə yaxın ölən şəxsin cəsədləri mübadilə edilib”.
Sabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, ölənlərin cəsədlərini qaytarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir.
“Ölənlərin cəsədlərinin çıxarılması ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nın iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları mübadilə etməyə başlayıblar. Məndə olan son məlumatlara görə, tərəflər artıq 200 cəsəd mübadiləsi aparıblar. Səy göstərməyə davam edəcəyik”,- deyə P.Maurer qeyd edib.
Daha çox