Ermənistanda itkin düşən əsgərlərin valideynləri aksiya keçirir - Fotolar
İtkin düşən əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.
Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.
“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - deyə qurumun qarşısına toplaşan valideynlərdən biri jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, təcrübəsi olmadığı halda oğlunu müharibənin ilk günlərində cəbhəyə aparıblar. Nazirliyə ünvanladıqları saysız sorğulara heç bir cavab verilməyib və adı itkin düşənlərin siyahısında yoxdur.
Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.
Daha çox