İlham Əliyev 3 generalı istefaya göndərdi - Yenilənib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında" sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:
general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin üç generalı haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:
Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant
Xəlilov Əsgər Sabir oğlu – general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.
Daha çox