Birlikdə şəhid olan əkiz qardaşlar... - Video

ÖLKƏ
15:53
14 Noyabr 2020
900

Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsində iştirak edən əkiz qardaşlar eyni gündə də şəhid olub.

Sabah.az xəbər verir ki, AzTV bununla bağlı reportaj hazırlayıb. Reportajda əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlərin cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olduğu bildirilib.

Şəhidlərin anası Nailə Allahverdiyeva övladlarının qanının yerdə qalmadığını qeyd edib:

"Şükür, torpaqlar alındı, cüt balamın qanı yerdə qalmadı. Cüt əsgərliyə yola saldım. demişdim bir evləndirəvəm. Topatan idilər. Deyirdilər qorxma, ana gələcəyik".

Reportajda bildirilib ki, qardaşlar Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar.

İki şəhid övladını eyni gündə dəfn edən ana deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır!

Xəbər lenti