Virtual dərslərə qoşulmayan müəllimlərlə bağlı açıqlama

GÜNDƏM
15:45
13 Noyabr 2020
99

"Bəzi müəllimlər virtual dərslərə qoşulmur, amma bu, bilərəkdən edilmir".

Sabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu hal ya onların kompüterinin, ya da internetinin olmaması səbəbindən baş verir. O.Abbasov bildirib ki, bununla bağlı yerli təhsil orqanlarına da müvafiq tapşırıqlar verilir:

“Digər tərəfdən, dərslərin hibrid, onlayn keçirilməsi onun dərs yükünün artırılması demək deyil. Müəllim nə qədər dərs saatı keçməli idisə, o qədər də dərs keçir. Mövcud şəraitdə regionlarda fəaliyyət göstərən təhsil menecerləri var ki, onlar məhz regionda “Virtual məktəb” platformasında tədris keçirən müəllimlərin təbliği ilə məşğuldurlar. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi planlar hazırlanıb”.

Xəbər lenti