Şuşalı qız Əsra yenidən Milli Məclisdə çıxış etdi - Video

ÖLKƏ
12:50
13 Noyabr 2020
90

"Mən Şuşadanam. Artıq azad Şuşadan. Azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvürümə belə gətirə bilməzdim ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Bilirsiniz bu necə hissdir?"

Sabah.az xəbər verir ki, bu fikirləri şuşalı qız Əsra Məmmədli Milli Məclisin tribunasından səsləndirib. Keçirdiyi hissləri dilə gətirən Əsra deyib:

“Bir neçə ay əvvəl buradan çıxış edərkən təsəvvür belə etməzdim ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq.

Bilirsiniz bu necə hissdir? Bəli, artıq hamımız bilirik, bütün dünya bilir. Bilir ki, işğala son qoyuldu, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına sahib çıxdı, qanı və canı bahasına. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Ali Baş Komandan başda olmaqla Müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Artıq mən qaçqın deyiləm, artıq mən köçkün deyiləm, mən evimizə qayıdıram. Bizim ailəmiz babalarımın evinə qayıdır.

Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir. Çünki Qarabağ Azərbaycandır”.

Xatırladaq ki, Əsra Məmmədli altı ay bundan öncə Şuşanın Ermənistan tərəfindən işğal edildiyi gün - mayın 8-də Milli Məclisdə çıxış etmişdi.

Xəbər lenti