“Paşinyana ailəsiylə ömür boyu Şuşada azan dinlətmək lazımdır”

GÜNDƏM
10:50
13 Noyabr 2020
61

Ermənistan Prezidentinin Siyasi Şurasının İqtisadi Komissiyasının sabiq sədri, “Alternativ” Tədqiqat Mərkəzinin təsisçisi, keçmiş deputat Tatul Manaseryan Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı açıqlama verib.

Sabah.az “Aysor.am” saytına istinadən xəbər verir ki, sabiq deputat Paşinyanı ailəsi ilə bərabər 1999-cu ildə qətlə yetirilmiş Baş nazir Vazgen Sarkisyanın Şuşadakı abidəsi yanında skamyaya bağlamağı təklif edib:

“Tutmaq, döymək və ya öldürmək lazım deyil. Onların bütün ailəsini skamyaya bağlamaq və bütün həyatları boyu Şuşada azanı dinləməyə məcbur etmək lazımdır. Bu, hökmdən daha qorxuludur”.

Xəbər lenti