Lavrov Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirdi
“Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”.
Sabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.
“Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, bu ərazidə yaşayamağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusu məsələsinin həlli üçün hər hansı bir süni tarix müəyyənləşdirməyə ehtiyac yoxdur.”,- deyə Lavrov qeyd edib.
Daha çox