"7 rayonla bağlı vəziyyətin əbədi qalacağı barədə illüziya olmamalı idi”

GÜNDƏM
15:20
12 Noyabr 2020
88

“Moskva Ermənistandakı müxalifətin Dağlıq Qarabağla bağlı razılaşma mövzusunda necə spekulyasiya etməyə çalışdığını görür”.

Sabah.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında deyib.

“Bəli, indi İrəvanda başlayan etirazları görürük. Müxalifətin bu vəziyyət barədə necə spekulyasiya etməyə çalışdığını görürük. Lakin yenə də vurğulayacağam, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun bir ay yarım ya da iki ay əvvəl olduqları vəziyyətdə əbədi qalacağı barədə illüziyalar olmamalı idi, hansı ki, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək. O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Xəbər lenti