Azad edilmiş ərazilərdə DTX-nın idarə və şöbələri fəaliyyətə başladı

ÖLKƏ
14:02
12 Noyabr 2020
66

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Sabah.az xəbər verir ki, məlumatda bildirilir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nın Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

Xəbər lenti