İrəvana göndərilən helikopterlər təyyarəyə belə yükləndi - Video

GÜNDƏM
12:02
12 Noyabr 2020
48

Dağlıq Qarabağdakı sülhməramlı kontingenti üçün ayrılan çox məqsədli “Mi-8” və “Mi-24” hücum helikopterləri Ermənistana gətirilib.

Sabah.az xəbər verir ki, helikopterlərin “An-124” ağır yük təyyarəsinə yüklənməsinin videosu yayımlanıb.

Artıq 8 ədəd helikopter İrəvana gətirilib. Helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənilməsində istifadə ediləcək.

Bununla yanaşı helikopterlər sülhməramlıların şəxsi heyətini və resurslarını Dağlıq Qarabağın ucqar bölgələrinə çatdırmaq üçün də istifadə olunacaq.

Xəbər lenti