“Həyat yoldaşımın qisası alındı” - Video

ÖLKƏ
11:38
12 Noyabr 2020
39

“Qələbə xəbərini eşidəndən sonra düşündüm ki, mütləq Prezidentə bunu yazmalıyam. Minnətdarlıq etməliyəm ki, o,  mənim həyat yoldaşımın, mənim kimi həyat yoldaşını itirən qadınların qisasını aldı”.

Sabah.az xəbər verir ki, bunu sentyabrın 27-də şəhid olan kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova deyib. İki oğul anası olan Rəvanə xanım AzTV-yə müsahibəsində Prezidentə yazdığı məktubundan söz açıb:

O, Prezidentə məktubunda bütün Azərbaycan xalqının belə qəhrəman oğullardan xəbər tutmasını istədiyini dilə gətirib: “İstəyirəm gələcəkdə övladlarım da bilsin ki, ataları necə qəhrəman olub. Tək övladlarım yox, bütün Azərbaycan bilsin. Prezidentimiz bilsin ki, onun əmrində olan necə zabitlər var”.

Xəbər lenti