Millət vəkili karantinə alınan azərbaycanlılardan danışdı
“Gürcüstanda koronavirus aşkar olunan şəxsin kimliyini bilirəm. O, Marneulidəndir, Azərbaycan əsillidir”.
Sabah.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib. O bildirib ki, şəxsin yaxınlarını panikaya salmamaq üçün onun kimliyini açıqlanmır: “O və digərləri virusun yayıldığı Qum şəhərindən Gürcüstana gəliblər. Digər şəxslər də karantinə alınıb. Karantinə alınanlar içərisində Azərbaycan vətəndaşları da var. Əvvəl onların sayı 6 nəfər idi. Ancaq say tez-tez dəyişə bilir. Vəziyyətləri yaxşı olanlar evə buraxılır və ya yeniləri gətirilir deyə, dəqiq rəqəm söyləmək olmur. Karantində Çin və İtaliya vətəndaşları da var.
Bu virus Gürcüstanda təzə yayılmağa başlayıb. Ona görə də, Səhiyyə Nazirliyi ciddi işlər görür. Kimdə bu virusun əlamətləri aşkar edilirsə, onlar dərhal nəzarətə götürülür”.
Daha çox