Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

GÜNDƏM
14:34
11 Noyabr 2020
102

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Sabah.az xəbər verir ki, bu barədə tert.am öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün sabiq prezidentə Milli Təhlükəsizlik Xidmətinə gəlməsi barədə bildiriş göndərilib.

Qeyd edək ki, bu gün paytaxt İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

Xəbər lenti