DİN-dən komendant saatı ilə bağlı növbəti müraciət

ÖLKƏ
16:52
10 Noyabr 2020
133

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Sabah.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat  21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. 

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".

Xəbər lenti