Ermənistanda Parlament binası qarşısında etiraz aksiyası
Ermənistanda Parlament binasının qarşısında etiraz aksiyası keçirilir.
Sabah.az "news.am"a istinadən xəbər verir ki, etirazçılar mərkəzi magistral yolu bağlayıblar.
Əraziya çoxlu sayda polis qüvvələri cəlb olunub.
Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.
Xatırladaq ki, ötən gecə yarısı "Dağlıq Qarabağ" və özü üçün ağrılı bir sənədin imzalayacağını açıqlayıb, bundan sonra Ermənistanda etiraz aksiyaları başlayıb.
Xatırladaq ki, ötən gecə sözügedən bəyanatın elanından sonra Ermənistanda etiraz aksiyaları başlayıb. Gecə boyunca etirazçılar hökumət və parlament binalarına hücum edib, dağıntılar törədib. Parlamentin spikeri Ararat Mirzoyan isə etirazçılar tərəfindən döyülüb. A.Mirzoyan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Daha çox