Paşinyan məğlubiyyətini ordusunun istəyinə bağladı

GÜNDƏM
14:12
10 Noyabr 2020
63

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib.

Sabah.az xəbər verir ki, Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.

“Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib.

Xəbər lenti