Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - Video

GÜNDƏM
16:45
8 Noyabr 2020
206

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

Xəbər lenti