"Ermənistanın mülki vətəndaşlara qarşı hərbi cinayətləri dayanmır"

ÖLKƏ
19:09
7 Noyabr 2020
30

“Ermənistanın terrorurun daha bir qurbanı Rəhimov Şahmalı oldu. Bərdə döyüş bölgəsindən uzaqda yerləşir”.

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

O qeyd edib ki, Ermənistanın mülki vətəndaşlara hücumu davam edir: "Mülki şəxslərə qarşı hərbi cinayət törətməyə ehtiyac yox idi. Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı hərbi cinayətləri dayanmır. Ermənistanın hücumu nəticəsində Bərdədə bir gənc oğlan öldürüldü və Azərbaycanın Tərtər bölgəsində daha bir mülki şəxs yaralandı. Ermənistan tərəfindən öldürülən mülki şəxslərin ölüm sayı artmaqda davam edir.”

Xəbər lenti