“Hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verəcək”

XƏBƏR
17:42
7 Noyabr 2020
91

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ermənilərin Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücumuna münasibət bildirib.

Sabah.az xəbər verir ki, L.Abdullayeva bu barədə öz tvitter hesabında paylaşım edib.

"Radikal erməni qüvvələrinin Azərbaycanın diplomatik nümayəndəliklərinə və xaricdəki yerli Azərbaycan icmalarının üzvlərinə qarşı təhdid və hücumlarını qətiyyətlə pisləyirik. Bu cür qanunsuzluqlara görə bütün cavabdehlər cavab verəcəkdir", -deyə XİN sözçüsü qeyd edib.

Xəbər lenti