“Real” və “Yuventus”dan uğursuz start
Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.
Sabah.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Əsas diqqətlər Madirdə yönəlib. Burada İspaniya klubu "Real" "Mançester Siti"ni (İngiltərə) qəbul edib. İspanlar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk ediblər.
Günün digər qarşılaşmasında isə İtaliya nəhəngi "Yuventus" Fransada "Lion"un qonağı olub. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
26 fevral
00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qol: İsko, 60 (1:0), Qabriel Jesus, 78 (1:1), De Brüyne, 82 (1:2)
Baş hakim: Daniele Orsato (İtaliya)
"Santyaqo Bernabeu" stadionu
00:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 1:0
Qol: Tousart,31
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
"Olimpik Lion" stadionu
Daha çox