Koronavirusa yoluxmuş şəxs Azərbaycandan necə keçib?
Koronavirusa yoluxmuş şəxsin İrandan Gürcüstan-Azərbaycan sərhəddinə necə gəlməsi ilə bağlı məlumat verilib.
Sabah.az “Novosti Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze danışıb.
A. Qamkrelidze bildirib ki, İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxs hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında saxlanılır. Həmin şəxs İrandan mikroavtobusla Gürcüstan-Azərbaycan sərhədinə gəlib.
“Azərbaycana İranla quru sərhədi hələ də bağlanmayıb, bu da koronavirusun bu istiqamətə nüfuz etməsini artırır”, - deyə A. Qamkrelidze bildirib.
Daha çox