Həyat yoldaşının boğazını kəsərək qətlə yetirdi

HADİSƏ
01:42
27 Fevral 2020
79

Şirvan şəhərində qətl törədilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan Sənaye zonasında qeydə alınıb.

Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızının boğaz nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

Xəbər lenti