Gürcüstan Azərbaycanla sərhədləri bağlayır? - Açıqlama

GÜNDƏM
01:25
27 Fevral 2020
141

"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".

Sabah.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, mətbuatda Gürcüstanın Azərbaycanla sərhədləri bağlayacağı ilə bağlı məlumatlar yayılıb.

Xəbər lenti