“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır”
“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə bildirib.
Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik - hər şey “Arsax” üçün” şüarı altında toplanır.
““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, - deyə H.Hacıyev vurğulayıb.
Daha çox