"Qubadlının məscidi donuzxanaya çevrilib" - Video

ÖLKƏ
16:12
6 Noyabr 2020
322

“Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Mamar kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib”.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bildirib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri tvitterdə Məmər kəndindəki tarixi abidədən də görüntülər paylaşaraq YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatına çağırış edib:

“Azərbaycanın Qubadlı bölgəsindəki Məmər məscidi yaxınlığında XVIII əsrə məxsus tarixi abidə. Ermənistanın işğalı zamanı bu mədəni və tarixi abidə heyvanlar üçün tövləyə çevrildi. Biz YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatını tədbir görməyə, bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə çağırırıq”.

Xəbər lenti