Ermənilər Los-Ancelesdə türk restoranına hücum etdi - Video
ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtində türklərə məxsus “İstanbul” adlı restorana hücum edilib.
Sabah.az xəbər verir ki, erməni radikalları məkana daxil olaraq bütün əşyaları sındırıb, sahibkara ciddi ziyan vurublar.
Hadisə anı restoranın təhlükəsizlik kamerasında əks olunub.
Türkiyə Cümhuriyyətinin Los-Ancelesdəki baş konsullu Can Oğuz hadisə yerinə gələrək insidenti törədənlərin şəxsiyyətinin müəyənləşdirildiyini bildirib. Restoranın uzun müddətdir təhdid altında olduğunu və bu haqda təhlükəsizlik orqanlarına məlumat verildiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev də Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.
Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.
Daha çox