Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - Video
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Bu barədə Sabah.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Həmin görüntüləri təqdim edirik.
Daha çox